Azərbaycanın Qazaxıstanla ticarət dövriyyəsinin həcmi 5%-ə yaxın artıb

  • 18 Noyabr, 2019 15:18
Azərbaycanın Qazaxıstanla ticarət dövriyyəsinin həcmi 5%-ə yaxın artıb

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın Qazaxıstan ilə apardığı ticarət mübadiləsinin həcmi 191 228,67 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8 773,04 min dollar və ya 4,8% çoxdur.

"Finans.az" xəbər verir ki, cari ilin ilk on ayında Azərbaycandan Qazaxıstana ixracın həcmi 21 135,5 min dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 19 054,07 min dollar və ya 47,4% azdır. İdxalın həcmi isə 170 093,17 min dollara bərabər olub ki, bu göstərici 2018-ci ilin eyni dövrü ilə müqayisədə 27 827,11 min dollar və ya 19,6% artıb.

Nəticədə, hesabat dövründə 148 957,67 min dollarlıq mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 46 881,18 min dollar və ya 45,9% çoxdur.


Mənbə: apa.az