Azərbaycanın qaz nəqli artıb

  • 19 Fevral, 2019 12:00
Azərbaycanın qaz nəqli artıb

Bu ilin yanvar ayı ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 2820,7 mln. kubmetr qaz nəql edilib.

Dövlət Statistika Komitəsindən “Finans.az”a verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrünə nisbətən qaz nəqlində 18,5% artım müşahidə olunub.

Qazın nəqlinin 33,1%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 934,9 mln. kubmetr qaz ötürülüb.