Azərbaycanın polimer şirkəti təşkilati-hüquqi formasını dəyişir

  • 1 Noyabr, 2019 09:18
Azərbaycanın polimer şirkəti təşkilati-hüquqi formasını dəyişir

“Sumqayıt Polimer” ASC səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

"Finans.az" xəbər verir ki, yığıncaq 17 dekabr 2019-cu il saat 15.00-da Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 17 nömrəli ünvanda baş tutacaq.

Yığıncağın gündəliyinə “Sumqayıt Polimer” ASC-nin mühasibat balansının, mənfəət və zərər hesabatlarının təsdiqi, ASC-nin MMC-yə çevrilməsi və digər məsələlər daxildir.