Azərbaycanın kənd təsərrüfatı sektorunda istehsal 1,5% artıb

  • 16 Oktyabr, 2020 11:35
Azərbaycanın kənd təsərrüfatı sektorunda istehsal 1,5% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 6 835,1 mln. manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,5% çoxdur.

"Finans.az"ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə heyvandarlıq məhsullarının payı 47,3% və ya 3 230,4 mln. manat təşkil edib ki, bu da 2019-cu ilin analoji ayları ilə müqayisədə 3,1% çoxdur.

Bitkiçiliyə gəldikdə isə, hesabat dövründə 3 604,7 mln. manatlıq məhsul istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,1% çoxdur.

Qeyd edək ki, Dünya Bankının son proqnozuna əsasən, bu il Azərbaycanın kənd təsərrüfatı sektoru 1,5% artacaq. Bankın oktyabrda dərc olunan Avropa və Mərkəzi Asiya üzrə hesabatında qeyd olunub ki, 2021-ci ildə isə sözügedən sektor 2,5% artacaq, 2022-ci ildə isə 3,2% artım gözlənilir.


Mənbə: apa.az