Azərbaycanın Energetika naziri Rusiyada səfərdədir

  • 1 Oktyabr, 2019 15:53
Azərbaycanın Energetika naziri Rusiyada səfərdədir

Energetika naziri Pərviz Şahbazov Rusiyanın Energetika naziri Aleksandr Novakın dəvəti ilə Moskvaya səfər edib.

“Finans.az” Energetika Nazirliyinə istinadən xəbər verir ki, nazir oktyabrın 3-də Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) 21-ci Nazirlər Görüşündə, həmçinin “Rusiya enerji həftəsi” adlı Beynəlxalq Forumda iştirak edəcək.

Energetika nazirinin hər iki tədbirdə çıxışı nəzərdə tutulub.