Azərbaycanın ən böyük bankının səhmdarları toplanır - TARİX+GÜNDƏLİK

  • 6 may, 2021 08:23
Azərbaycanın ən böyük bankının səhmdarları toplanır - TARİX+GÜNDƏLİK

23 iyun 2021-ci il saat 15.00-da Bakı şəhəri, Nizami küçəsi 67 nömrəli ünvanda “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.

“Finans.az” xəbər verir ki, toplantının gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin kənar auditor tərəfindən təsdiqlənmiş və audit komitəsi tərəfindən tövsiyə olunmuş 2020-ci ilin maliyyə hesabatının təsdiq edilməsi.

2. 2020-ci ilin maliyyə nəticələrinə əsasən dividendin ödənilməsi.

3. 2021-2023-cü illərin maliyyə nəticələrinə görə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin əməkdaşlarının mükafatlandırılması.

4. İbrahimov Abbas Məmmədəli oğlunun növbəti 3 il müddətinə yenidən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin idarə heyətinin sədri təyin olunması.

Bankın nizamnaməsinin 8.10-cu maddəsinə uyğun olaraq koronavirus (Covid -19) infeksiyasının yaratdığı pandemiya şəraitində səhmdarların sağlamlığının qorunması məqsədilə səsvermənin qiyabi şəkildə həyata keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Bankın səhmlərinin 91,4%-i Maliyyə Nazirliyinə, 3,76%-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,13%-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına, 4,71%-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.