Azərbaycanın elektrik enerjisinin ixracından gəlirləri 18% azalıb

  • 22 Oktyabr, 2020 16:51
Azərbaycanın elektrik enerjisinin ixracından gəlirləri 18% azalıb

Bu ilin yanvar-sentyabr aylarında "Azərenerji" ASC 51,9 milyon ABŞ dolları dəyərində 1 084,7 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edib.

"Finans.az" Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11,05 milyon ABŞ dolları (17,55%) və 370,7 min kVt/saat (25,5%) azdır.

Hesabat dövründə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 0,5%, qeyri-neft sektoru üzrə ixracında isə 4,05% paya malik olub.


Mənbə: report.az