Azərbaycanın elektrik enerjisi ixracından gəlirləri 10% azalıb

  • 21 Noyabr, 2020 15:51
Azərbaycanın elektrik enerjisi ixracından gəlirləri 10% azalıb

Bu ilin yanvar-oktyabr aylarında "Azərenerji" ASC 56,8 milyon ABŞ dolları dəyərində 1 188,2 milyon kVt/saat elektrik enerjisi ixrac edib.

“Finans.az” Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,1 milyon ABŞ dolları (9,7 %) və 267,2 mln kVt/saat (18,4 %) azdır.

Hesabat dövründə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 0,5 %, qeyri-neft sektoru üzrə ixracında isə 3,9 % paya malik olub.


Mənbə: report.az