Azərbaycanın bu mobil operatoru öz "Wi-Fi" ruterini təqdim edib

  • 6 Dekabr, 2018 12:21
Azərbaycanın bu mobil operatoru  öz

"Nar" mobil operatoru "Nar Wi-Fi" paylayıcısını təqdim edib.

"Finans.az" xəbər verir ki, "Bakutel-2018" sərgisi çərçivəsində keçirilən mətbuat konfransı zamanı bildirilib ki, bu internet paylayıcısı sayəsində abunəçilər istənilən məkanda sərfəli qiymətə portativ yüksək sürətli internetə (LTE/4G) çıxış əldə edəcəklər.

Bunun üçün müvafiq tarifli SİM kart ruterə daxil edilir və enerji mənbəyinə qoşulduqdan sonra qurğu avtomatik işə düşür.

Qapalı, ev, ofis, bağ və biznes məkanlarında 10 metr radiusda, açıq yerdə isə 100 metr məsafədə, 32 nəfər eyni zamanda sürətli internetə qoşula bilir. Xidmətə qoşulmaq üçün iki paket mövcuddur: 2040 manat dəyərində.