Azərbaycanın aparıcı süd məhsulları istehsalçısı müflislik həddinə düşüb

  • 15 Fevral, 2021 17:11
Azərbaycanın aparıcı süd məhsulları istehsalçısı müflislik həddinə düşüb

Azərbaycanın aparıcı süd məhsulları istehsalçısı “Milk Pro” MMC 2019-cu ili 362 min manat zərərlə başa vurub.

“Finans.az”ın məlumatına görə, bu, 2018-ci illə müqayisədə 56% çoxdur.

2019-cu ildə “Milk-Pro”nun satışdan gəlirləri 18,888 milyon manat (2018-ci ilə nisbətən 2,8 dəfə çox), satışının maya dəyəri 19,098 milyon manat (2,75 dəfə çox), inzibati xərcləri isə 151,849 milyon manat (60,6% çox) təşkil edib.

2020-ci il yanvarın 1-nə “Milk-Pro”nun aktivləri 23,322 milyon manat olub ki, bu da illik müqayisədə 1% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 2,65% artaraq 23,421 milyon manata çatıb, 264 min manatlıq balans kapitalı isə 98 min manatlıq kapital çatışmazlığı ilə əvəz olunub. Kapitalın “mənfi”yə düşməsi kommersiya qurumunun müflislik həddinə düşməsindən xəbər verir.


Mənbə: report.az