Azərbaycanın 118 tonluq məhsulu Rusiyaya buraxılmayıb

  • 10 İyul, 2019 16:46
Azərbaycanın 118 tonluq məhsulu Rusiyaya buraxılmayıb

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Dağıstandakı bölməsi Azərbaycana məxsus 118 ton kənd təsərrüfatı məhsulunun ölkəyə girişinə qadağa qoyub.

“Finans.az” xəbər verir ki, söhbət 32 ton pomidor, 53 ton gilas, 20 ton noxud və 13 ton çiyələkdən gedir.

Bununla yanaşı, Rusiya tərəfi Gürcüstandan şaftalı, İrandan isə bibər idxalına qadağa qoyub. "Rosselxoznadzor" nümayəndələri qadağaları məhsullarda zərərvericilərin aşkar edilməsi ilə izah edib.


Mənbə: report.az