Azərbaycandan kapital axını 32% artıb - İlk yarımildə

  • 14 Sentyabr, 2020 16:19
Azərbaycandan kapital axını 32% artıb - İlk yarımildə

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan kapital axınının həcmi 1,8 mlrd. ABŞ dollarına bərabər olub.

Azərbaycan Mərkəzi Bankından “Finans.az”a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,1% çoxdur.

Hesabat dövründə tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin azalması (-65,6 mln. dollar) cəlb olunmuş investisiya ilə (1 778.4 mln. dollar) kapitalın repatriasiyası (1 844,0 mln. dollar) arasındakı fərqdən formalaşıb.


Mənbə: apa.az