Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 98 % azalıb

  • 11 fevral, 2021 11:01
Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 98 % azalıb

Bu ilin yanvar ayında Azərbaycandan Gürcüstana 3 138 nəfər səfər edib.

"Finans.az" xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilib.

Sənədə əsasən, ziyarətçilərin sayı illik müqayisədə 121 396 nəfər və yaxud 97,5 % azalıb.

Ötən ay qonşu ölkəyə üz tutan beynəlxalq ziyarətçilərin sayı ötən ilin eyni dövrünə nisbətdə 93,6 % azalaraq 33 765 nəfər təşkil edib.

Hesabat ayında Gürcüstan qonşu ölkələr arasında ən çox Türkiyədən ziyarətçi (60 512 nəfər) qəbul edib. Bu, 2019-cu ilin eyni göstəricisindən 80,7 % azdır.

Qeyd edək ki, Gürcüstan və Azərbaycan arasında sərbəst gediş-gəliş koronavirus pandemiyası səbəbindən ötən ilin martın 14-dən dayandırılıb. Azərbaycandan Gürcüstana səfərlər xüsusi icazə və qaydalar əsasında mümkündür.


Mənbə: report.az