Azərbaycandakı investisiya şirkətlərinin renkinqi açıqlandı

  • 7 İyun, 2018 10:38
Azərbaycandakı investisiya şirkətlərinin renkinqi açıqlandı

Bakı Fond Birjası (BFB) 2018-ci ilin yanvar-may ayları üzrə birja üzvlərinin dövriyyəsi üzrə renkinqini açıqlayıb.

Finans.az Fond Birjasına istinadən xəbər verir ki, renkinqə 2 990 mln. manatlıq göstərici ilə "Paşa Kapital İnvestisiya Şirkəti” başçılıq edir.

Növbəti yerlərdə 2 535 mln. manatla “Unicapital İnvestisiya Şirkəti", 2 269 mln. manatla “İnvest-Az İnvestisiya Şirkəti” QSC, 2 156 mln. manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 692 mln. manatla “Xalq Kapital İnvestisiya Şirkəti” QSC, 280 mln. manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC qərarlaşıb.

İnvestisiya şirkətləriƏməliyyatların həcmi, AZN
1Paşa Kapital2,989,955,347.54
2Unicapital2,534,962,952.61
3İnvest-Az2,268,492,145.03
4AzFinance2,155,686,821.55
5Xalq Kapital692,315,675.48
6PSG Kapital279,740,148.65
7Kapital Menecment-

Qeyd edək ki, "İnvest-Az İnvestisiya Şirkəti" törəmə maliyyə alətləri bazarında likvidlik təminatçısı kimi çıxış edir.

Mənbə: Report.az