Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 43% azalıb

  • 1 iyul, 2021 14:43
Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 43% azalıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda xaricilər bank kartları vasitəsi ilə 144,8 milyon manatlıq əməliyyat aparıblar.

"Finans.az" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nda bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 43,3% azdır.

Təkcə mayda isə xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların dəyəri 32,6 milyon manat təşkil edib. Bu da illik müqayisədə 34,2% çoxdur.


Mənbə: report.az