Azərbaycanda torpaqlara planşetlə nəzarət ediləcək

  • 16 Oktyabr, 2019 17:53
Azərbaycanda torpaqlara planşetlə nəzarət ediləcək

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) torpaq istifadəçiliyində planşetlərin tətbiqinə başlayıb.

“Finans.az” xəbər verir ki, planşetlər torpaq müfəttişlərinə veriləcək.

“Müfəttişlərin planşetlə işləməsi işin keyfiyyətini artıracaq. Məsələn, onlar monitorinq aparan zaman planşet vasitəsilə dərhal torpaq sahəsinin təyinatını, burada aparılan tikinti işlərinin qanuni olub-olmamasını, torpağın kimə məxsus olmasını öyrənə biləcəklər. Əgər cəza tədbiri görülməsinə ehtiyac olarsa, dərhal qanunu pozmuş şəxslərə bu barədə SMS göndərmək mümkün olacaq”, - deyə ƏMDK-nın mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov bildirib.