Azərbaycanda təyyarə ilə uçan insanların 99,9%-ni AZAL və “Buta Airways” daşıyıb

  • 19 Fevral, 2019 10:29
Azərbaycanda təyyarə ilə uçan insanların 99,9%-ni AZAL və “Buta Airways” daşıyıb

Cari ilin yanvar ayında hava nəqliyyatı ilə 163,2 min və ya 3,8% az sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən “Finans.az”a verilən məlumata görə, daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Bu nəqliyyat növü ilə yükdaşıma 7,1% artaraq 18,0 min tona çatıb.