Azərbaycanda taxıl sahələrinin 88,3%-də biçin başa çatıb

  • 8 İyul, 2019 14:31
Azərbaycanda taxıl sahələrinin 88,3%-də biçin başa çatıb

Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir.

Kənd Təsərrüfatı Nazirliyinədən "Finans.az"a verilən məlumata görə, iyulun 8-nə ölkə ərazisində 897169 hektar ərazidə taxıl biçini aparılıb, 331909 hektar ərazidə arpa, 565260 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 2847162,4 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,7 sentner təşkil edir.

Ağdam, Bərdə, İmişli, Masallı, Saatlı, Sabirabad, Salyan, Yevlax, Zərdab, Göyçay, Neftçala, Ağcabədi və Balakəndə taxıl biçini başa çatıb. Ağdaş, Kürdəmir, Tərtər, Füzuli rayonlarında taxıl biçini başa çatmaq üzrədir. İsmayıllı ərazisində arpa əkilmiş 6173 hektar sahənin 6027 hektarı artıq biçilib, buğda əkilmiş 23200 hektar sahənin 21593 hektarı artıq biçilib. Rayonda arpa məhsuldarlıq 31,7 s/ha, buğda üzrə məhsuldarlıq 37,7 s/ha təşkil edir. Kürdəmir ərazisində arpa əkilmiş 29926 hektar sahə artıq biçilib, buğda əkilmiş 18120 hektar sahənin 18093 hektarı artıq biçilib. Rayonda arpa məhsuldarlıq 33,3 s/ha, buğda üzrə məhsuldarlıq 34,5 s/ha təşkil edir. Ağdaş, Beyləqan, Tərtər, Qəbələ və Qax rayonlarında da taxıl biçinində yüksək nəticələr əldə edilib:

Rayon

Buğda

Arpa

Cəmi sahə, ha

Biçilib, ha

Məhsuldarlıq

Cəmi sahə, ha

Biçilib, ha

Məhsuldarlıq

Abşeron

307

285

18,1

761

741

12,5

Ağdam

12228

12228

39,0

2215

2215

35,5

Ağdaş

4273

4262

25,1

11630

11630

24,1

Ağcabədi

22503

22503

37,1

6672

6672

32,7

Ağsu

20039

18460

32,6

16036

15930

31,1

Balakən

1215

1215

28,0

458

458

28,7

Beyləqan

11148

10666

35,2

1765

1765

29,2

Bərdə

9041

9041

44,3

2601

2601

38,9

Biləsuvar

13713

13557

32,0

16456

16456

30,5

Cəbrayıl

2430

2430

35,0

550

550

30,5

Cəlilabad

54908

50002

37,1

4509

4509

35,2

Füzuli

28459

27859

31,6

8505

8505

29,0

Goranboy

8764

8210

31,0

13750

13750

29,0

Göyçay

8740

8740

30,0

6851

6851

30,5

Hacıqabul

25925

20676

19,0

11008

9967

30,9

İmişli

12716

12716

38,7

6322

6322

34,2

İsmayıllı

23200

21593

37,7

6173

6027

31,7

Kürdəmir

18120

18093

34,5

29926

29926

33,3

Qax

10934

10904

30,8

2881

2881

26,2

Qazax

8305

8188

37,4

4250

4246

25,0

Qəbələ

15790

15200

33,0

4400

4200

32,0

Masallı

7496

7496

23,1

2786

2786

21,4

Neftçala

7792,2

7792

33,2

31404

31404

26,8

Oğuz

11969

11512

31,0

4118

4118

30,8

Saatlı

19044

19044

42,9

5822

5822

36,2

Sabirabad

15536

15536

41,1

9600

9600

37,7

Salyan

6817

6817

40,5

9917

9917

36,2

Samux

5941

5941

32,6

3681,5

3676

35,3

Siyəzən

3788

2971

30,3

2516

2494

27,5

Şamaxı

29630

23238

20,0

12195

10732

17,0

Şəki

45961,8

38930

33,7

21626,3

21580

34,3

Tərtər

7087,9

7074

41,6

3815

3815

33,7

Tovuz

13740

13340

32,8

1724

1724

26,4

Ucar

7390

7378

29,6

7716

7716

26,7

Yevlax

6631

6631

34,6

5083

5083

28,5

Zərdab

12986

12986

34,3

5730

5730

30,6

Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir.