Azərbaycanda startaplara ilkin kiçik investisiyalar yatırılacaq

  • 14 dekabr, 2020 12:10
Azərbaycanda startaplara ilkin kiçik investisiyalar yatırılacaq

Azərbaycanda startaplara stimullaşdırıcı qrantların verilməsinə və ilkin kiçik investisiyaların yatırımına başlanılacaq.

“Finans.az” xəbər verir ki, bunu İnnovasiya həftəsi çərçivəsində onlayn formatda təşkil olunan "I2B – İdeyadan Biznesə" tədbirində çıxış edən İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri Tural Kərimli deyib.

Onun sözlərinə görə, artıq bu istiqamətdə bir sıra proqram hazırlanıb ki, onların icrasınagələn ildən etibarən başlanılacaq: "Bildiyiniz kimi, bu il "Boğaziçi Ventures"in İnnovasiyalar Agentliyinin ofisində filialı açıldı. Strartaplar üçün bu, unikal imkandır ki, onlar almaq istədiyi investisiya üçün müraciət, həmçinin müsabiqələrdə iştirak edə bilərlər. Gələn ilə qeyd etmək istəyirəm ki, daha bir necə aparıcı və tanınmış vençur fondlarının, dünyanın ən tanınmış akselerasiya proqramlarının Azərbaycanda nümayəndəliyinin açılması nəzərdə tutulur. Bütün bunların əsas məqsədi ölkəmizdə innovasiya ekosisteminin inkişaf etdirilməsi, Azərbaycanın neft ixrac edən ölkədən texnologiya ixrac edən ölkəyə transformasiya olmasıdır".


Mənbə: apa.az