Azərbaycanda soyuducu istehsalı 60%-dən çox azalıb

  • 19 Fevral, 2019 14:26
Azərbaycanda soyuducu istehsalı 60%-dən çox azalıb

Bu ilin yanvar ayında Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlığının istehsalı sahələrində 17,8 mln. manatlıq məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən “Finans.az”a verilən məlumata görə, ötən ilin yanvar ayı ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 37,1% azalıb, elektrik avadanlığının istehsalı isə 25,9% artıb.

Dövr ərzində əvvəlki ilin yanvar ayı ilə müqayisədə 1 kV-dan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı 6 dəfə artıb. Bu müddət ərzində ölkədə məişət soyuducularının istehsalı 62,1% azalıb.

Qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatlarının istehsalı isə yanvar ayında 1,2 dəfə artaraq 1200 ədəd təşkil edib.