Azərbaycanda sığorta şirkətinin sədri dəyişib

  • 15 aprel, 2021 12:52
Azərbaycanda sığorta şirkətinin sədri dəyişib

“Meqa Həyat Sığorta” ASC-nin İdarə Heyətinə yeni sədr seçilib.

Banker.az-ın əldə etdiyi məlumata görə, Uğur İbrahimli Azad oğlu sığorta şirkətinin sədri təyin edilib. O, bu vəzifədə Cəmil Həsənov Məhəmməd oğlunu əvəz edib.

Qeyd edək ki, U.İbrahimli buna qədər ana şirkət olan “Meqa Sığorta” ASC-nin sədrinin müavini idi. Onun şirkətin sədr müavini vəzifəsini tərki ilə bağlı Banker.az artıq iki gün öncə məlumat vermişdi.

Xatırladaq ki, “Meqa Həyat Sığorta” 2019-cu ilin sentyabrında yaradılıb və 11 milyon manat nizamnamə kapitalına sahibdir. Səhmlərinin 100%-i “Meqa Sığorta”ya məxsusdur.


Mənbə: banker.az