Azərbaycanda sentyabrda avtomobil istehsalı kəskin artıb

  • 16 Oktyabr, 2020 13:14
Azərbaycanda sentyabrda avtomobil istehsalı kəskin artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 382 ədəd minik avtomobili istehsal olunub.

Dövlət Statistika Komitəsindən "Finans.az"a verilən məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayında ölkədə minik avtomobillərinin istehsalı 18,1% azalıb. Təkcə sentyabrda Azərbaycanda 212 ədəd minik avtomobili istehsal olunub ki, bu da avqust ayı ilə müqayisədə 2,2 dəfə çoxdur. Oktyabrın 1-nə anbarlarda 183 ədəd hazır məhsul ehtiyatı qalıb.

Traktorlara gəldikdə, hesabat dövründə ölkədə 220 ədəd traktor istehsal olunub ki, bu da illik müqayisədə 73,7% azdır. Təkcə ötən ay 55 ədəd traktor konveyerdən buraxılıb ki, bu da aylıq müqayisədə 8,3% azdır. Oktyabrın 1-nə anbarlarda 140 ədəd hazır məhsul ehtiyatı qalıb.

Xatırladaq ki, koronavirus pandemiyası çərçivəsində ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar traktorların istehsalı bu ilin may ayından etibarən dayandırılsa da, avqustda bərpa olunub. Cari ilin aprelindən isə ölkədə minik avtomobillərinin istehsalı dayandırılmışdı. İstehsal yalnız iyunda bərpa olunub.


Mənbə: apa.az