Azərbaycanda "Rostselmaş"ın kombaynlarının istehsalına başlanılır

  • 4 Mart, 2020 14:17
Azərbaycanda

Bu gün "Azərmaş” ASC ilə Rusiyanın Rostov vilayətinin "Rostselmaş" şirkəti arasında Azərbaycanda kombaynların yığılması ilə bağlı müqavilə imzalanıb.

Müqaviləni imzalayan "Azərmaş” ASC-nin İdarə Heyətinin rəhbəri Emin Axundov bildirib ki, "Azərmaş” indi "Rostselmaş" şirkətinin kombaynlarının istehsalına başlayır.

Onun sözlərinə görə, kombaynlar "Hacıqabul Sənaye Məhəlləsində" istehsal ediləcək: "Hazırda Hacıqabul Sənaye Məhəlləsində zavodun inşaası başa çatır. Tezliklə burada kombayn istehsalına başlayacağıq. Kombaynların sayı o qədər də çox olmayacaq".


Mənbə: report.az