Azərbaycanda qızıl istehsalı azalıb

  • 15 Sentyabr, 2020 17:03
Azərbaycanda qızıl istehsalı azalıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 2 364,6 kq qızıl, 2 847 kq gümüş istehsal edilib.

“Finans.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,8% az və 38,6% çoxdur.

Sentyabrın 1-nə ölkədə 293,2 kq qızıl, 135 kq gümüş ehtiyatı yaranıb.