Azərbaycanda qızıl istehsalı 9% artıb

  • 20 Avqust, 2019 17:30
Azərbaycanda qızıl istehsalı 9% artıb

Cari ilin 7 ayı ərzində Azərbaycanda 2 060,7 kq qızıl istehsal olunub.

“Finans.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, bir il əvvəlki göstəricidən 8,7% çoxdur.

Eyni dövr ərzində ölkədə 2 142,8 kq gümüş istehsal olunub ki, bu da 2018-ci ilin yanvar-iyul aylarının göstəricisindən 18,8% artıqdır.