Azərbaycanda qeydiyyatdan keçən xarici şirkətlərin - SAYI

  • 21 Noyabr, 2018 11:09
Azərbaycanda qeydiyyatdan keçən xarici şirkətlərin - SAYI

Bu ilin sentyabrın sonu oktyabrın əvvəllərində bir neçə xarici ölkə vətəndaşı Azərbaycanda öz şirkətlərini qeydiyyatdan keçiriblər.

“Finans.az”ın "Vergilər" qəzetinin xüsusi buraxılışına istinadən həmin şirkətləri təqdim edir.

Ərəbistan vətəndaşı Khaleed Mohammed “KZ Group” MMC-ni təsis edib. Şirkətin nizamnamə kapitalı 2000 dollar, dövlət qeydiyyatına alındığı tarix isə 28 sentyabrdır.

Bundan başqa, İraq vətəndaşı Al-Talabani Mohammed Hammed Hamid Mohammed Azərbaycanda “Mariya 2” MMC-ni təsis edib. Şirkətin nizamnamə kapitalı 10 manat, dövlət qeydiyyatına alındığı tarix isə 19 sentyabrdır.

Pakistan vətəndaşı Shah Syed Junaid Alı “JS Company” MMC-ni təsis edib. Şirkətin nizamnamə kapitalı 10manat, dövlət qeydiyyatına alındığı tarix isə 28 sentyabrdır.

Pakistan vətəndaşı Hanif Abidin təsis etdiyi şirkət “Hafiz Traders ” MMC-dir. Nizamnamə kapitalı 50 manat olan şirkət bu ilin 28 sentyabrında dövlət qeydiyyatına alınıb.

Həmçinin,Rusiya vətəndaşı Rzaev Faig “LJ Trade Group” MMC-ni təsis edib. Şirkətin nizamnamə kapitalı 10 manat, dövlət qeydiyyatına alındığı tarix isə 28 sentyabrdır.

Həmçinin, Pakistan vətəndaşı Azeem Muhammed “SAMİ Traders” MMC-ni təsis edib. Şirkətin nizamnamə kapitalı 10 manat, dövlət qeydiyyatına alındığı tarix isə 28 sentyabrdır.

Pakistan vətəndaşı Ahmed Sheikh “Rehman Enterprises” MMC-ni təsis edib. Şirkətin nizamnamə kapitalı 6 manat, dövlət qeydiyyatına alındığı tarix isə 1 oktyabrdır.

Pakistan vətəndaşı Mudassir Ahmed “M.H Collection 2018 ” MMC-ni təsis edib. Şirkətin nizamnamə kapitalı 10 manat, dövlət qeydiyyatına alındığı tarix isə 1 oktyabrdır.

Türkiyə vətəndaşı Deliduman Kıvılcım “İce Design” MMC-ni təsis edib. Şirkətin nizamnamə kapitalı 10 manat, dövlət qeydiyyatına alındığı tarix isə 1 Oktyabrdır.

Daha bir Türkiyə vətəndaşı Seçər Feyazın təsis etdiyi şirkət “Rofland” MMC, şirkətin nizamnamə kapitalı 10 manat, dövlət qeydiyyatına alındığı tarix isə 1 Oktyabrdır.

Bundan başqa, İran vətəndaşı Mohammed Ghasem “Daved General Trading ” MMC-ni təsis edib. Şirkətin nizamnamə kapitalı 100 manat, dövlət qeydiyyatına alındığı tarix isə 1 oktyabrdır.

Azərbaycanda şirkət açan İran vətəndaşı Tolouei Vahidehin təsis etdiyi şirkət “Dermocenter Ava” MMC, şirkətin nizamnamə kapitalı 10 manat, dövlət qeydiyyatına alındığı tarix isə 2 oktyabrdır.

Başqa İran vətəndaşı Jamshid Zabihollah “Jamshid Travel” MMC-ni təsis edib. Şirkətin nizamnamə kapitalı 1000 manat, dövlət qeydiyyatına alındığı tarix isə 2 oktyabrdır.

Ölkəmizdə şirkət açan Türkiyə vətəndaşlarından biri Alıcı Boranın təsis etdiyi şirkət “Aslan Savunma Sanayi” MMC, şirkətin nizamnamə kapitalı 10 manat, dövlət qeydiyyatına alındığı tarix isə 3 oktyabrdır.

İran vətəndaşı Tariq Khurram “Alvi General Trading ” MMC-ni təsis edib. Şirkətin nizamnamə kapitalı 10 manat, dövlət qeydiyyatına alındığı tarix isə 2 oktyabrdır.

İran vətəndaşı Yousef Rahman “Azled Reklam ” MMC-ni təsis edib. Şirkətin nizamnamə kapitalı 10 manat, dövlət qeydiyyatına alındığı tarix isə 3oktyabrdır.

Pakistan vətəndaşı Ullah Atıf “Atef Azım General Trading” MMC-ni təsis edib. Şirkətin nizamnamə kapitalı 10 manat, dövlət qeydiyyatına alındığı tarix isə 4oktyabrdır.