Azərbaycanda qaz hasilatı 16% artıb

  • 18 Dekabr, 2019 10:30
Azərbaycanda qaz hasilatı 16% artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda qaz kondensatı da daxil olmaqla 34315,7 min ton xam neft hasil edilib.

"Finans.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,2% azdır.

Yanvar -noyabr aylarında hasil edilmiş xam neftin 34 232,4 min tonu əmtəəlik xam neft olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,6% azalma deməkdir.

Qaz hasilatı isə 16% artaraq 32 182,3 milyon kub metr təşkil edib. Bunun 22 141 milyon kub metri əmtəəlik qaz hasilatı olub ki, bu da ötən illin müvafiq dövrü ilə müqayisədə 27,1% çoxdur.