Azərbaycanda pul bazası azalıb

  • 11 Fevral, 2019 16:00
Azərbaycanda pul bazası azalıb

Azərbaycanda pul bazasının həcmi açıqlanıb.

Azərbaycan Mərkəzi Bankından (AMB) “Finans.az”a verilən məlumata görə, 2019-cu il yanvar ayının 31-nə pul bazası 8 mlrd. 709,2 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 52,4 mln. manat və ya 0,6% azdır.

Yanvarda Azərbaycanda pul bazası 836,5 mln. manat və ya 8,8% azalıb.

Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.