Azərbaycanda problemli kreditlərin həcmi azalıb

  • 24 iyun, 2021 15:30
Azərbaycanda problemli kreditlərin həcmi azalıb

Bu ilin iyunun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 906,9 mln. manat təşkil edib ki, bu göstərici son bir ayda 1,6% azalıb.

Azərbaycan Mərkəzi Bankından “Finans.az”a verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə isə bu göstərici 16,4% azalıb, ilin əvvəli ilə müqayisədə isə 1,6% artıb.

Qeyd edək ki, iyunun 1-nə problemli kreditlərin cəmi kreditlərdə payı 6% təşkil edib. Bu ötən ayla 0,2 faiz bəndi azdır.