Azərbaycanda problemli kreditlər artıb

  • 21 aprel, 2021 17:12
Azərbaycanda problemli kreditlər artıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il aprelin 1-nə 918,2 milyon manat təşkil edib.

“Finans.az” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, martın 1-i ilə müqayisədə 0,1% çoxdiur.

Problemli kreditlər ilin əvvəlinə nisbətən 2,8% artıb, son 1 ildə isə 32,9% azalıb.

Martın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 6,2% təşkil edib. Bu nisbət ötən ilin sonuna 6,1%, ötən il martın sonuna isə 8,9% olub.


Mənbə: report.az