Azərbaycanda nazir işdən çıxarıldı

  • 4 Mart, 2020 17:42
Azərbaycanda nazir işdən çıxarıldı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov martın 4-də Rövşən Məmmədovun Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

"Finans.az" xəbər verir ki, sərəncamla Rövşən Həmid oğlu Məmmədov Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri vəzifəsindən azad edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun martın 4-də imzaladığı fərmanla Vüsal Şəmsəddin oğlu Sevdimaliyev Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri təyin edilib.