Azərbaycanda mobil rabitəyə 595 milyon manat xərclənib - CARİ İLDƏ

  • 19 Sentyabr, 2020 17:04
Azərbaycanda mobil rabitəyə 595 milyon manat xərclənib - CARİ İLDƏ

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda informasiya vә rabitә sahәsindә fәaliyyәt göstәrәn müәssisәlәr ötən ilin eyni dövrü ilә müqayisәdә 1,1% çox - 1 413,0 milyon manatlıq xidmət göstәrib.

Bu barədə “Finans.az”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, bunun 72,3%-ni әhali istehlak edib.

8 aylıq gәlirin 42,1%-i vә yaxud 595 milyon manatı mobil telefon rabitәsi sahәsindә formalaşıb.


Mənbə: report.az