Azərbaycanda martda maska istehsalı kəskin azalıb

  • 16 aprel, 2021 16:18
Azərbaycanda martda maska istehsalı kəskin azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 7,2 mln. ədəd tibbi maska istehsal edilib.

"Finans.az"ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir ki, təkcə mart ayında 1,4 mln. ədəd maska istehsal olunub ki, bu da fevral ilə müqayisədə 44% azdır.

Aprelin 1-nə ölkədə hazır maska ehtiyatı 2,9 mln. ədəd təşkil edib ki, bu da aylıq müqayisədə 12,1% azdır.


Mənbə: apa.az