Azərbaycanda maliyyə sahəsinə investisiyalar artıb

  • 20 Sentyabr, 2018 16:32
Azərbaycanda maliyyə sahəsinə investisiyalar artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda maliyyə və sığorta fəaliyyətinə investisiya qoyuluşu illik müqayisədə 2,7 dəfə artaraq 7,2 mln. manat təşkil edib.

"Finans.az" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Beləliklə ilk 8 ay ərzində ölkə iqtisadiyyatına investisiyaların 0,1%-i məhz bu sahə ilə əlaqədar olub.