Azərbaycanda kompüter satışları artıb

  • 14 aprel, 2021 15:45
Azərbaycanda kompüter satışları artıb

Bu ilin yanvar-mart aylarında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına 65,4 mln. manat xərcləyib.

"Finans.az"ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 2,8% və ya 1,8 mln. manat artıb.

Cari ilin mart ayında satışlar fevral ayı ilə müqayisədə isə 4,2% və ya 0,9 mln. manat artıb.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 0,7%-i kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarının alınmasına sərf olunub. Bu ötən ilin eyni dövrünün göstəricisinə bərabər olaraq qalıb.


Mənbə: apa.az