Azərbaycanda keçmiş deputatın şirkəti təşkilati-hüquqi formasını dəyişir

“Azşuqar” Ticarət Şirkəti adını və təşkilati-hüquqi forması dəyişərək "De Decco" MMC-yə çevrildiyini elan edib.
“Finans.az” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Xatırladaq ki, “Azşuqar” 1997-ci ildə yaradılıb. Onun qanuni təmsilçisi isə Milli Məclisin keçmiş üzvü, 5 çağırış deputat Əsabil Qarakişi oğlu Qasımovdur. O, həm də Azərbaycana taxın idxalı, un istehsalı ilə məşğul olan bir sıra müəssisələrin, o cümlədən "Karat Holdinq" MMC-nin sahibidir.
Mənbə: report.az