Azərbaycanda ipoteka krediti ilə daha çox 30-60 min manatlıq evlər alınır

  • 15 Fevral, 2021 17:27
Azərbaycanda ipoteka krediti ilə daha çox 30-60 min manatlıq evlər alınır

2006-2020-ci illərdə Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi hesabına 31 472 daşınmaz əmlak alınıb ki, bunun da 12 892-si və yaxud 41%-i dəyəri 30-60 min manat arasında olan evlərdir.

"Finans.az" bu barədə İpoteka və Kredit Zəmanət Fonduna istinadən xəbər verir.

Məlumata görə, qaıan 18 580 əmlakdan 701-nin və yaxud 2,2%-nin dəyəri 30 min manata qədər, 11 081-nin və yaxud 35,2%-nin dəyəri 60-90 min manat arasında, 3 519-nin və yaxud 11,2%-nin dəyəri 90-120 min manat arasında, 3 279-nun və yaxud 10,4%-nin isə dəyəri 120 min manatdan çoxdur.


Mənbə: report.az