Azərbaycanda hava nəqliyyatı ilə yükdaşımalar ötən il kəskin artıb

  • 21 Yanvar, 2021 14:42
Azərbaycanda hava nəqliyyatı ilə yükdaşımalar ötən il kəskin artıb

Ötən il Azərbaycanda hava nəqliyyatı ilə 577,9 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 78,6% azdır.

Dövlət Statistika Komitəsindən "Finans.az"a verilən məlumata görə, daşımaların 99,4%-i dövlət, 0,6%-i özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Məlumata görə, hesabat dövrü bu nəqliyyat növü ilə yükdaşıma 2,5 dəfə artaraq 458,8 min ton olub.


Mənbə: apa.az