Azərbaycanda gömrük xidməti göstərən bankların sayı 14-ə çatıb

  • 16 Sentyabr, 2020 16:42
Azərbaycanda gömrük xidməti göstərən bankların sayı 14-ə çatıb

Dövlət Gömrük Komitəsi (DGK) "Premium Bank" və "Azərbaycan Beynəlxalq Bankı" ASC-ləri yenidən, "Access Bank" QSC-ni isə ilk dəfə kredit təşkilatlarının reyestrinə daxil edib.

“Finans.az” bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata görə, bununla da ölkədə gömrük xidməti göstərən bankların sayı 14-ə çatıb. Digər 11 bank “AFB Bank”, “Azər-Türk Bank”, “Bank Avrasiya”, “Bank BTB”, "Bank Respublika", “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Turan Bank” və "Unibank” ASC-lər, “Yapı Kredi Bank Azərbaycan” QSC-dir.