Azərbaycanda ən çox satılan avtomobilin adı açıqlandı

  • 5 Aprel, 2021 11:29
Azərbaycanda ən çox satılan avtomobilin adı açıqlandı

Azərbaycanın avtomobil bazarı qlobal pandemiya ilə əlaqədar olaraq 2020-ci ildə kiçilib, satışlar yarıdan çox azalıb.

“Finans.az” “Focus2Move” analitik agentliyinin son hesabatına istinadən xəbər verir ki, ötən il yeni avtomobillərin satışları 4 548 ədəd təşkil edib ki, bu da, 2019-cu ilin göstəricisi ilə müqayisədə 57,1 % azdır.

Qeyd edilir ki, bazarın 29,7 %-i “Renault”un, 11,9 %-i “Khazar”ın, 10,2 %-i “Hyundai”nin payına düşür. Ən ən çox satılan model “Renault Sandero” olub. Onun bazar payı 23,1 % təşkil edib.