Azərbaycanda əmanətlərin sığortalanması faizi artırılıb

  • 7 May, 2020 11:02
Azərbaycanda əmanətlərin sığortalanması faizi artırılıb

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Himayəçilik Şurası, Maliyyə Sabitliyi Şurasının tövsiyyəsi əsasında, Azərbaycan Mərkəzi Bankı ilə razılaşdırılmaqla 1 iyun 2020-ci ildən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 10%-dən 12%-ə qaldırılması barədə qərar qəbul edib.

"Finans.az" xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, xarici valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi isə əvvəlki qaydada 2,5% təşkil edir.

Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər, sığorta haqlarını banklar ödəyir.