Azərbaycanda elektrik enerjisi istehsalı artıb

  • 8 Aprel, 2020 11:55
Azərbaycanda elektrik enerjisi istehsalı artıb

2020-ci ilin I rübündə respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 175,1 mln. kVt/saat (2,57%) artaraq, 6 967,7 mln. kVt/saat olub.

Bu barədə "Finans.az"a Azərbaycan Energetika Nazirliyindən məlumat verilib.

Hesabat dövründə ötən ilin I rübünə nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 257,3 mln. kVt/saat artaraq 6 657,6 mln. kVt/saat, SES-lərdə 83,0 mln. kVt/saat azalaraq 220,5 mln. kVt/saat, digər mənbələr (KES, GES və BMTZ) üzrə isə 0,9 mln. kVt/saat artaraq 89,7 mln. kVt/saat olub. Külək Elektrik Stansiyalarında 24,9 mln. kVt/saat, Günəş Elektrik Stansiyalarında 9,1 mln. kVt/saat, Bərk məişət tullantılarının yandırılması zavodunda 55,6 mln. kVt/saat elektrik enerjisi istehsal edilib.

2020-ci ilin I rübündə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 6 295,6 mln. kVts (İES-lərdə 6 099,8 mln. kVt/saat, SES-lərdə 195,8 mln.kVt/saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 83,6 mln. kVts (İES-lərdə 54,7 mln. kVt/saat, SES-lərdə 21,2 mln. kVt/saat, Günəş ES-də 7,7 mln. kVt/saat), Müstəqil Elektrik Stansiyaları üzrə 588,5 mln. kVt/saat təşkil edib.

2020-ci ilin I rübü ərzində elektrik enerjisinin ixracı 483,2 mln. kVt/saat olmaqla, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 29,9 mln. kVt/saat azalıb. Elektrik enerjisinin idxalı 27,0 mln. kVt/saat olmaqla, ötən ilin I rübünə nisbətən 14,0 mln. kVt/saat azalıb.


Mənbə: report.az