Azərbaycanda "eBay"in analoqu yaradılır

  • 4 iyun, 2021 17:23
Azərbaycanda

Azərbaycanın kiçik və orta sahibkarlıq subyektləri öz şəxsi onlayn mağazalarını yarada bilmələri üçün yeni platforma yaradılır.

Bu barədə "Finans.az"a "Goldenpay" şirkətindən bildirilib.

Qeyd olunub ki, platformanın beta versiyasının gələn aydan etibarən istifadəyə verilməsi nəzərdə tutulur.

"eBay" onlayn ticarət platformasına bənzər bu portal hesab.az ödəniş sisteminin ekosistemində fəaliyyət göstərəcək. Hər kəs bu platformanın imkanlarından yararlanaraq öz satışlarını həyata keçirə biləcək. Layihəyə qoşulmaq üçün satıcının vergi ödəyicisi olması yetərli olacaq.


Mənbə: apa.az