Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 52%-dən çox artıb

  • 27 Oktyabr, 2020 13:54
Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 52%-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 180,5 milyon manat ipoteka krediti verilib.

"Finans.az" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 52,3% çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə illik müqayisədə təxminən 2,3 dəfə azalaraq 80,3 milyon manata, qiymətli kağızlar bazarında istiqraz buraxmaq yolu ilə cəlb olunan vəsait 59,1% artaraq 175 mln manat olub.

Hesabat dövründə İKZF-yə dövlət büdcəsindən ayrılmış vəsait isə 19,5% artaraq 143,4 milyon manat olub.


Mənbə: report.az