Azərbaycanda dizel yanacağı istehsalı 9% artıb

  • 18 Dekabr, 2019 10:42
Azərbaycanda dizel yanacağı istehsalı 9% artıb

2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycanda 2800,8 milyon manat dəyərində neft məhsulları istehsal edilib.

"Finans.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7% azdır.

Neft məhsullarından avtomobil benzininin, sürtkü yağlarının, neft bitimunun, ağ neftin, neft koksunun istehsalı azalıb, yanacaq mazutunun, dizel yanacağının, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı artıb.

Hesabat dövrü ərzində avtomobil benzini istehsalı 2,5% azalaraq 1041,9 min ton olub. Qeyd edək ki, bu il dekabrın 1-i tarixinə avtomobil benzini ehtiyatı 36,3 min ton təşkil edib.

Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 222,8 min ton, dizel yanacağı istehsalı 1911,2 min ton, yanacaq mazutu istehsalı isə 118,5 min ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 24,2%, 8,9% və 27,8% çoxdur.

Ölkədə ağ neft istehsalı 2,3% azalaraq 537,6 min ton, sürtkü yağları istehsalı 81,6% azalaraq 21 min ton, neft bitumu istehsalı 16% azalaraq 229,1 min ton, neft koksunun istehsalı isə 2% azalaraq 218,7 min ton olub.