Azərbaycanda dərman qiymətlərinin tənzimlənməsi ölkədən valyuta çıxışını azaldıb

  • 2 Aprel, 2020 17:25
Azərbaycanda dərman qiymətlərinin tənzimlənməsi ölkədən valyuta çıxışını azaldıb

Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ilə birlikdə əhali və tibb müəssisələri tərəfindən hər il 350-400 mln. ABŞ dolları olmaqla, tənzimləmənin həyata keçirildiyi 4 ildən artıq müddət ərzində təqribən 1,5 mlrd. dollar həcmində vəsaitə qənaət olunub və bu məqsədlə ölkədən valyuta çıxışı azalıb.

"Finans.az" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2019-cu il üzrə hesabatında göstərilib.

Qeyd edək ki, 2019-cu ildə prezidentin tapşırığına uyğun olaraq böyük sosial əhəmiyyət kəsb edən dərman vəsaitlərinin qiymətlərinin tənzimlənməsi prosesi davam etdirilib. Tarif Şurasının müvafiq qərarları ilə dövlət qeydiyyatından yeni keçmiş 470 dərmnan vasitəsinin qiymətlərinin tənzimlənməsi həyata keçirilib. Bununla da hesabat ilində Azərbaycanın Tarif Şurası tərəfindən ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınaraq qiymətləri təsdiq edilən dərman vasitələrinin sayı 11 748-ə çatdırılıb.


Mənbə: apa.az