Azərbaycanda dəmir yolu ilə daşınan sərnişinlərin sayı artıb

  • 19 Fevral, 2019 11:15
Azərbaycanda dəmir yolu ilə daşınan sərnişinlərin sayı artıb

Dəmir yolu nəqliyyatı ilə cari ilin yanvar ayı ərzində 1,2 mln. ton yük, 236,1 min sərnişin daşınıb.

Dövlət Statisitika Komitəsindən “Finans.az”a verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 9,3% azalma, sərnişin daşınmasında isə 10,1% artım müşahidə olunub.

Orta hesabla sutkada 268 vaqon yüklənib, 391 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 10,2 min ton, qərb istiqaməti üzrə 3,9 min ton, cənub istiqaməti üzrə isə 0,4 min ton yüklənmə işi yerinə yetirilib.