Azərbaycanda Çin kapitallı 119 şirkət fəaliyyət göstərir

  • 20 Sentyabr, 2019 10:31
Azərbaycanda Çin kapitallı 119 şirkət fəaliyyət göstərir

Bu gün iqtisadiyyat naziri Şahin Mustafayev Çinin Maşınqayırma Sənayesi Kooperasiyasınin (SİNOMACH) tabeliyində fəaliyyət göstərən CAMCE şirkətinin prezidenti, Korporasiyanın bazar araşdırmaları üzrə direktoru Luo Yanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Finans.az" xəbər verir ki, görüşdə nazir iki ölkə arasında iqtisadi əlaqələr inkişaf etdiyini bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda sənaye, o cümlədən tikinti, eləcə də xidmət və maliyyə sektorlarında Çin kapitalı 119 şirkət fəaliyyət göstərir.