Azərbaycanda bərpa olunan enerjini necə inkişaf etdirmək olar? - RƏSMİ

  • 14 Dekabr, 2018 10:47
Azərbaycanda bərpa olunan enerjini necə inkişaf etdirmək olar? - RƏSMİ

"Azərbaycanda bərpa olunan enerjinin gələcək inkişafını investisiyaların cəlb olunmasında görürük".

"Finans.az" xəbər verir ki, bunu energetika nazirinin müavini Samir Vəliyev "Bərpa olunan enerji qanunvericiliyinin hazırlanmasında dövlət və özəl sektorun əməkdaşlığı" mövusunda dəyirmi masada çxışı zamanı bildirib. Onun sözlərinə görə, bu sahə investorlar üçün cəlbedici olmalıdır.

"Bərpa olunan enerji mənbələri potensialından daha səmərəli istifadə və bu sahənin inkişafı özəl sektorun inkişafı ilə təmin edilə bilər. Bu sahəyə özəl investisiyanın cəlbi məqsədilə hazırda müvafiq sahəni tənzimləyən normativ hüquqi bazanın formalaşdırılmasına, güzəştli tariflərin və digər təşviqedici tədbirlərin tətbiqini əhatə edən sənədlərin hazırlanmasına başlanıb", - deyə S.Vəliyev əlavə edib.