Azərbaycanda bankların kapital dayanıqlığı artıb

  • 16 May, 2019 09:59
Azərbaycanda bankların kapital dayanıqlığı artıb

"Bankların kapital adekvatlığı artıb".

"Finans.az" xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti sədri vəzifəsini icra edən İbrahim Alışov deyib. O, bildirib ki, Palatanın fəaliyyəti dövründə 1,8 mlrd. manat bank kapitalı inyeksiya olunub. "Hazirda Azərbaycanda bankların kapital adekvatlığı əmsalının orta göstəricisi 20,2%-ə yüksəlib. Beynəlxalq reytinq agentliyi "Moody's"in hesabatına görə, Azərbaycan banklarının kapital dayanıqlığı regionda ən yüksək göstəriciyə malikdir".